Qərb ekspertləri səhvən Rusiyanın hərbi və ya iqtisadi baxımdan uduzacağını gözləyirdilər. Elchi.az xəbər verir ki, bu barədə jurnalist Çey Boves “X” sosial şəbəkəsində yazıb.
“Rusiyanın indiki formada tarixin ən sərt sanksiyalar rejiminin təzyiqi altında dağılacağına dair ilkin inam özünü doğrultmadı”, –deyə jurnalist yazıb.
Boes deyib ki, Kiyevin məğlubiyyəti NATO üçün dağıdıcı olacaq. Onun sözlərinə görə, bu, alyansın bütün nüfuzunu və reputasiyasını tamamilə neytrallaşdırır.
Daha əvvəl Çey Boes deyib ki, Qərb Donbassda insanların rus döyüşçülərinə qəhrəman kimi hörmət etməsinə susur. Onun sözlərinə görə, Qərb Donbassda NATO-nun maliyyələşdirdiyi on illik müharibənin reallığını gizlədir.
Havar Şəfiyeva