“Vahid Rusiya” partiyasının sədri, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərb ölkələrinin sanksiya siyasətini Rusiyaya qarşı açıq müharibə adlandırıb.
Elchi.az xəbər verir ki, o, bu barədə “Vahid Rusiya”nın “Nəticələr var!” yekun forumunda çıxışı zamanı bildirib.
“Proqram pandemiya dövründə həyata keçirilməyə başladı, sonra görünməmiş sanksiyalar tətbiq olundu. Əslində Qərb dünyası ölkəmizə qarşı açıq müharibəyə başlayıb”,-deyə Medvedev bildirib.
O əlavə edib ki, Rusiyanı təcrid etmək və məhv etmək cəhdlərinə baxmayaraq, o, güclü və rəqabətədavamlı olaraq qalır.
Yeganə





















