ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışdığını deyib, lakin söhbətin təfərrüatlarını və tarixini açıqlamayıb.
Elchi.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə Ağ Evdə deyib.
“Mən onunla danışdım. Mən ondan müharibəyə – Ukrayna münaqişəsinə son qoymasını istəyirəm”, – deyə Tramp qeyd edib.
O, söhbətin nə vaxt baş verdiyini dəqiqləşdirməyib.
Yeganə





















