Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı ABŞ Dövlət Departamenti “Əgər hər hansı bir ölkə Rusiyanın bəzi bədxah davranışlarının qarşısını almaqda mənalı rol oynaya bilsə, biz bunu alqışlayarıq”-deyib.
Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Türkiyəyə səfəri ilə bağlı sualı cavablandıran Patel , “Əgər hər hansı bir ölkə Rusiyanın bəzi zərərli davranışlarının qarşısını almaqda mənalı bir rol oynaya bilərsə, biz bunu alqışlayarıq” deyib. O, bu sözlərlə cavab verdi: Türkiyənin xarici siyasəti ilə bağlı öhdəlikləri şərh etmək istəməyən Patel, “Qara Dəniz Taxıl Təşəbbüsünün müvəffəqiyyətinə Türkiyənin təsiri” mövzusuna toxundu.
Biz Ukrayna taxılının getməli olduğu yerə çatmasının və bu sahədə etibarlı irəliləyişin əldə olunmasının kritik əhəmiyyətini hiss etməyə davam edirik. Bu, əlbəttə ki, alqışlanır”, – Patel bildirib.
Kremlin xarici siyasət müşaviri Yuri Uşakov yanvarın 29-da verdiyi açıqlamada Putinin fevralda Türkiyəyə səfəri üçün hazırlıqların getdiyini bildirib.
Nuranə Məmmədova