Almaniyanın sabiq kansleri Herhard Şröder Moskvaya səfərə yollanıb.
Şröder bunu NTV portalının müxbiri Dirk Emmerixə açıqlamasında deyib.
“Bir neçə günlük burada məzuniyyətdəyəm. Moskva gözəl şəhərdir”, – Şröder bildirib.
Keçmiş kanslerin Rusiya Prezidenti Vladimir Putinlə yaxın dostluq münasibətləri mövcuddur. Şröder may ayında Rusiyanın “Rosneft” dövlət şirkətinin Direktorlar Şurasının rəhbəri vəzifəsini tərk etmişdi.
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
Polşa indi avronu iqtisadiyyata daxil etməyə hazır deyil. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın maliyyə naziri Ancey...