Putindən Rusiya taxılı ilə bağlı TAPŞIRIQ

127

Rusiya prezidenti Vladimir Putin martın 14-də Uzaq Şərqdə şəhərlərin inkişafı ilə bağlı keçirilən müşavirənin yekunlarına dair təlimatların siyahısını təsdiqləyib.

Elchi.az Rusiyanın mk.ru saytına istinadən xəbər verir ki, müvafiq sənəd Kremlin saytında dərc olunub.

Dövlət başçısının hökumətə həyata keçirməyi tapşırdığı işlər sırasında Uralda, Uzaq Şərqdə və Sibirdə taxıl istehsalının artırılması, eləcə də Çinə ixracının artırılmasını nəzərdə tutan sazişin hazırlanması da var.

“Taxıl istehsalının həcminin artırılması, eləcə də onun bazara ixracının həcminin artırılması məqsədilə Rusiya Federasiyası ilə Çin arasında “Yeni torpaq taxıl dəhlizi Rusiya – Çin” layihəsi üzrə hökumətlərarası sazişin bağlanması məsələsinə baxılsın”,deyə Putinin təsdiq etdiyi bəyanatda deyilir.

Razılaşdırılmış sənədin mətnindən belə çıxır ki, tapşırığın həlli üçün ayrılan vaxt cari ilin oktyabr ayının 1-i ilə məhdudlaşır.

Yeganə