UEFA, Avropa Liqası və Avropa Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları başa çatıb.
Elchi.az xəbər verir ki, mayın 11-nə keçən gecə UEFA Avropa Liqası və Avropa Konfrans Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
“Yuventus” meydanda “Sevilya” ilə, “Roma” isə Leverkuzen “Bayer”i qəbul edib.
UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Yuventus” “Sevilya” ilə 1:1 hesablı heç-heçə edib.
Gecənin digər matçında isə “Roma” “Bayer”i 1:0 hesabı ilə məğlub etməyi bacarıb.
Şayəstə Hüseynova