Fələstin prezidenti Mahmud Abbas və Rusiya prezidenti Vladimir Putin bölgədəki son hadisələri və İsrailin Qəzza zolağına hücumlarını dayandırmağın yollarını müzakirə ediblər.
Elchi.az xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Görüş zamanı Abbas İsrailin Fələstin xalqına qarşı davam edən təcavüzünü dayandırmaq və mülki insanları İsrailin Qəzza zolağında həyata keçirdiyi ölüm və dağıntılardan, soyqırım müharibəsindən və bombardmanlardan xilas etmək üçün tam və dərhal atəşkəsin yaradılmasının vacibliyini vurğulayıb.
Nuranə Məmmədova