Rusiya Federasiyası bir sıra Afrika ölkələrinin xahişi ilə onların inkişafı üçün tezliklə 90 milyon dollara yaxın vəsait ayıracaq.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Rusiya liderinin sözlərinə görə, Rusiya Federasiyası Afrika qitəsi dövlətlərinin borc yükünün yüngülləşdirilməsi səylərində iştirak edir. Rusiya dövlət başçısı bildirib ki, indi silinmiş borcun ümumi məbləği 23 milyard dollar təşkil edir. Afrika ölkələrinin son müraciətləri ilə Rusiya onların inkişafı üçün 90 milyon dollardan çox vəsait ayıracaq. Putin detalları paylaşaraq həmin məbləği ayıraağına söz verib.
Yeganə