Çin Rusiyaya Hərbi əməliyyat zonasında istifadə olunan texnologiya və avadanlıqlar verir. Elchi.az xəbər verir ki, bunu Amerika kəşfiyyatı “ÇXR-in Rusiyaya göstərdiyi dəstək” adlı hesabatında bildirib.
Qeyd olunur ki, 2023-cü ilin mart ayına kimi Çin Rusiyaya 12 milyon dollardan çox dəyərində pilotsuz təyyarələr və onların hissələrini təhvil verib və bunu Rusiya gömrük məlumatlarının üçüncü tərəfin təhlilinə stinadən verib. Bundan əlavə, Çinin dövlət müdafiə şirkətlərinin də sanksiya altında olan rusları digər ikili təyinatlı avadanlıqlarla təchiz etdiyi iddia edilir.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen Çin şirkətlərini Qərbin sanksiyalarından yayınmaq üçün Rusiyaya maddi dəstək və yardım göstərməməyə çağırıb.
Havar Şəfiyeva