Rusiya prezidenti Vladimir Putinin son 10 ildə fasiləsiz keçirdiyi il sonu mətbuat konfransını ilk dəfə keçirməyəcəyi bildirilib.
Elchi.az xəbər verir ki, bu barədə Kremldən verilən açıqlama ilə Putinin gündəlikdəki məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırdığı illik mətbuat konfransı ilə bağlı qeyri-müəyyənlik aydınlaşdı.
Putinin illik mətbuat konfransını 2022-ci ilin sonuna qədər keçirməyəcəyini ifadə edən Kremlin sözçüsü Dmitriy Peskov, “Lakin ümid edirik ki, xaricə səfərləri də daxil olmaqla, müntəzəm etdiyi kimi jurnalistlərlə danışmaq imkanı olacaq”. ifadələrdən istifadə etmişdir.
Mətbuat konfransı gələn ilə keçirilsə, Putin hakimiyyəti dövründə bu tədbiri ikinci dəfə keçirməyəcək. Beləliklə, Putin son 10 ildə ilk dəfə olaraq illik mətbuat konfransında jurnalistlərin qarşısına çıxmayacaq.
Şayəstə