Putin Rusiyanın müttəfiqlərindən danışıb

129

Rusiya Prezidenti Vladimir Putin təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələrin XI Beynəlxalq görüşü zamanı Rusiya Federasiyasının bir çox ölkələrlə dostluq əlaqələrini yüksək qiymətləndirdiyini və gələcəkdə bu əlaqələri gücləndirəcəyini bildirib.

Elchi.az-ın Mk.ru-ya istinadən xəbərinə görə, Putin bildirib ki, Rusiya müxtəlif qitələrdə və müxtəlif regionlarda çoxlu tərəfdaş və müttəfiqlərə malik olmasını yüksək qiymətləndirir.

“Biz Latın Amerikası, Afrika və Asiya ölkələri ilə möhkəm, dostluq və həqiqətən etimadlı əlaqələri səmimiyyətlə qiymətləndiririk. Biz bu əlaqələri hər cür gücləndirəcəyik”, – deyə Putin bildirib.

Xatırladaq ki, Putin bundan əvvəl Kremlin Yekaterina zalında dövlət mükafatlarının təqdim edilməsi mərasimi zamanı ölkədəki mövcud vəziyyətlə bağlı spekulyasiyalar etmişdi. O, Rusiyanın hazırda çətin günlərini yaşadığını etiraf edib, lakin əlavə edib ki, Rusiya tarixində asan anlar olmayıb.

Yeganə