Çin və Rusiya Federasiyası tərəflərdən birinin irəliləyişə can atdığı texnologiyalarda bir-birini tamamlamaq niyyətindədir. Elchi.az TASS-a istinadən yazır ki, bu barədə Rusiya prezidenti Vladimir Putin danışıb.
Putin pilotsuz təyyarələrin inkişafına həsr olunmuş tədbirdə iştirak edib. O, xaricə, o cümlədən Asiyaya ixracın dəstəklənməsi təklifini şərh edib. “Biz razılaşdıq ki, orada bir-birimizi tamamlamalıyıq, xüsusən də yüksək texnologiyalı sənayelərdə, hansı ki, bizdən birimiz hansısa irəliyə doğru hərəkətə nail olaq”, – dövlət başçısı planlar barədə deyib.
Qeyd edək ki, Putin daha əvvəl Rusiya ilə Çin arasında münasibətlərin çox yaxşı inkişaf etdiyini bildirib. Çin Prezidenti Si Cinpin bir daha təsdiqlədi ki, Moskva və Pekinin Soyuq Müharibə dövründəki ittifaqları üstələyən güclü, davamlı əlaqələri var.
Havar Şəfiyeva