“Rusiya prezidenti Vladimir Putin keçmiş Ukraynanın rusdilli ərazilərini geri qaytarmaqla və Amerika hərbi sənaye kompleksinin zəifliyini nümayiş etdirməklə artıq Qərbi alçaldıcı məğlubiyyətə uğradıb”.
Elchi.az Mk.ru-ya istinadən bildirir ki, bu barədə “The Federalist” nəşrində məqalə dərc olunub.
Məqalənin müəllifi Nataniel Bleyk öz fikirlərini bölüşərək bildirib ki, ABŞ demokratiya arsenalı olmaq kimi iddialı məqsədi həyata keçirə bilmir. Onun fikrincə, hərbi əməliyyatların gedişi hələlik gözlənilməz nəticə deyil, lakin amerikalılara artıq acı dərs verilib.
Materialda qeyd edildiyi kimi, Putin artıq qalib gəlir. Ukrayna silahlı qüvvələrinin yayda açıqlanan hücumunun uğursuz olduğu, Kiyevin döyüş sursatı tükəndiyi, Rusiya ordusunun isə yalnız zərbələri gücləndirdiyi vurğulanır.
“ABŞ-ın müharibə zamanı silah istehsalını saxlaya bilməməsi Ukrayna üçün yaxşı heç nə vəd etmir”,-deyə Bleyk fikirlərini yekunlaşdırıb.
Yeganə