Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi telefon danışığında Ukrayna ətrafındakı vəziyyəti və digər beynəlxalq mövzuları müzakirə ediblər.
Elchi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Rusiyanın Uzaq Şərqində iqtisadiyyat, energetika, əməkdaşlıq sahələrində əməkdaşlığın uğurlarını qeyd ediblər.
Kremldən verilən məlumata görə, Putin və Modi bir-birlərinə qarşıdan gələn prezident və parlament seçkilərində də uğurlar arzulayıblar.
“Vladimir Putin və Narendra Modi qarşılıqlı faydalı ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsində maraqlı olduqlarını bildiriblər və bir-birlərinə qarşıdan gələn seçkilərdə – Rusiyada prezident və Hindistanda parlament seçkilərində uğurlar arzulayıblar”, – məlumatda deyilir.
Nuranə Məmmədova