Rusiya prezidenti Vladimir Putin bildirib ki, humanitar məqsədini doğrultmayan taxıl müqaviləsinin davam etdirilməsi öz mənasını itirib.
Elchi.az xəbər verir ki, bu barədə o , Kremlin saytında dərc olunan məqaləsində yazıb .
O, aydınlaşdırıb ki, sövdələşmə humanitar məqsədinə haqq qazandırmayıb, çünki taxılın böyük hissəsi Avropa limanlarında qalıb və ilkin olaraq deyildiyi kimi Afrika ölkələrinə getməyib.
“Bütün bu faktları nəzərə alsaq, humanitar məqsədinə haqq qazandırmayan taxıl sazişinin davam etdirilməsi öz mənasını itirib”, – Putin vurğulayıb.
Rusiya prezidenti onu da bildirib ki, Rusiya ixracatının sanksiyalardan çıxarılması və gübrələrin dünya bazarlarına tədarükü ilə bağlı taxıl müqaviləsinin heç bir şərti yerinə yetirilməyib. Dövlət başçısı xatırladıb ki, bu halda söhbət heç bir sanksiyaya məruz qalmamalı olan humanitar aksiyadan gedir.
Nuranə Məmmədova