Los-Anceles sinfinə aid nüvə sualtı gəmisi USS Annapolis bazar ertəsi Cənubi Koreyaya gəlib.
Elchi.az xəbər verir ki, Cənubi Koreya Hərbi Dəniz Qüvvələri gəminin Ceju adasındakı hərbi dəniz bazasına daxil olduğunu bildirib .
Qeyd olunduğu kimi, sualtı qayığın limana səfəri əməliyyat missiyası zamanı və ABŞ ilə Cənubi Koreya arasında artan koordinasiya fonunda təchizatın artırılması məqsədilə baş verir.
“Cənubi Koreya və ABŞ donanmaları Cənubi Koreya-Amerika müttəfiqliyinin 70 illiyi şərəfinə birgə müdafiə və mübadilə fəaliyyətlərini gücləndirməyi planlaşdırır”, – məlumatda deyilir.
Nuranə Məmmədova