"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Putin Krımı işğal edə bilər, Qarsı isə yox…”

28 Sentyabr 2016 - 09:03
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

 “Putin Krımı işğal edə bilər, Qarsı isə yox...”Azərbaycanlı politoloq Türkiyənin iqtisadiyyat nazirinin dediklərini təsdiqlədi

“Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçinin ”əgər 15 iyulda hərbi çevriliş uğurla nəticələnsəydi, Türkiyə torpaqlarının bir hissəsi iki dövlətə – Ermənistana və Kürdüstana veriləcəkdi” açıqlaması həyəcan təbili üçün əsasdır”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu “Yeni Müsavat”a açıqlamasında bildirdi. 
 
Ekspert razılaşır ki, hərbi çevrilişə cəhdin qarşısının alınmadığı təqdirdə Türkiyədə və bölgədə doğrudan da böyük fəlakətlər baş verəcəkdi: “Mənim çevrilişə cəhdin səhəri günü verdiyim açıqlama bundan ibarət idi ki, çevrilişçilər istəklərinə nail olsaydılar, Türkiyədə Suriyadakına bənzər vətəndaş müharibəsi başlayacaqdı, ordu və cəmiyyət iki, üç, dörd hissəyə bölünəcəkdi. Çünki ordunun, polisin və cəmiyyətin əksər hissəsi FETÖ-nün əmrlərinə tabe olmayacaqdılar, bu isə silahlı toqquşmalara şərait yaradacaqdı. Allaha şükür ki, bunlar olmadı. Türkiyənin iqtisadiyyat nazirinin sözlərinə gəldikdə isə Kürdüstanı anladım, PKK Türkiyənin şərqində fəaliyyətini genişləndirəcəkdi və qopma real çizgilər daşıyacaqdı. Bəs Ermənistan Türkiyədən necə torpaq qoparacaqdı? Ermənistanın təkbaşına hətta ”dağılmış” Türkiyədən torpaq qoparmaq təşəbbüslərinə girişməsi real deyil. Əksi olsaydı, Dağlıq Qarabağda da müharibə qaçılmaz olacaqdı. Biz Ermənistanın Türkiyə hesabına torpaqlarını genişləndirməsinə seyrçimi qalacaqdıq?”
 
E.Şahinoğlu onu da təsdiqləyir ki, bu halda işə Rusiya qarışacaqdı: “Yəni hər yer toz-duman olacaqdı. Rusiyanın da Türkiyənin qanuni hakimiyyətini gözardı edərək Ermənistanın Türkiyədən torpaq qoparmaq təşəbbüsünə dəstək verəcəyini düşünmürəm. Putin Krımı işğal edə bilər, Qarsın işğalı onluq deyil. Nihat Zeybəkçinin məntiqindən çıxış etsək, Ermənistana Türkiyədən torpaq qoparmaq işində dəstək verəcək dövlət Rusiya deyilsə, qalır – Amerika Birləşmiş Ştatları. Ancaq Vaşinqtonun da NATO dövlətini parçalayaraq Rusiyanın hərbi-strateji müttəfiqinə torpaq pay verməsi məntiqli görünmür. Buna baxmayaraq, çevriliş nəticəsində Türkiyədə vətəndaş müharibəsi başlasaydı, Suriya timsalında olduğu kimi, qardaş ölkənin də parçalanması planlarını gündəmə gətirənlər tapılacaqdı. Mən bu fikirlərimi paylaşırkən, bəzi dostlarım mənə irad tuturlar ki, hərbi çevriliş uğur qazansaydı belə, Türkiyə bölünməyəcəkdi və misal olaraq qardaş ölkədə baş verən digər hərbi çevrilişləri göstərirlər. Məsələ burasındadır ki, FETÖ-nün planlaşdırdığı 15 iyul çevrilişi bundan əvvəlki heç bir çevrilişə bənzəmir”.
 
Ekspert xatırlatdı ki, Türkiyədə sonuncu hərbi çevriliş 1980-ci ildə baş verib: “General Kənan Evren Türkiyəni sağ-sol toqquşmalarından, küçə və meydanları qan gölünə çevirənlərdən qurtarmaq üçün çevriliş etmək məcburiyyətində qaldı. Çevrilişsiz keçinmək mümkün idimi? Bəlkə də mümkün idi, çünki üstündən az qala 40 ilə yaxın vaxt keçdikdən sonra bəziləri deyir ki, Evren Türkiyəni illərlə geri saldı, günahsız insanlar həbs olundu, PKK yarandı, Avropa Birliyinə üzvlük ləngidi və s. Əlbəttə, 1980-ci illərin ağır durumunu xatırlamadan hazırda bu haqda fikir yürütmək asandır. Yenə qayıdıram, 15 iyul çevriliş cəhdinə. Fətullah Gülən hərəkatı mason lojasına bənzəyir, dövlət içində dövlət qurublar, dövlət strukturlarını özlərinin və xarici ağalarının xidmətinə yönəltmişdilər. Kənan Evren arxasına ordunu alaraq çevriliş etmişdi, FETÖ isə ordunu parçalayaraq çevriliş etmək istəyirdi. Kənan Evren çevriliş günü əsgər və zabitlərinə ”qarşınıza çıxanı güllələyin” əmri verməmişdi, FETÖ üzvləri xuntaçılar isə nəinki günahsız insanları qətlə yetirdilər, Türkiyə tarixinə qara ləkə yazaraq parlamenti gülləbaran etdilər”.
Previous Post

“Putin Krımı işğal edə bilər, Qarsı isə yox…”

Next Post

Avropada ABŞ-ı məyus edəcək sorğu keçirildi

Bənzər yazılar

Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

14 Sentyabr 2026 - 20:17

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 1,91 milyon ABŞ dolları dəyərində 1 min 441 ton ananas (təzə və yaxud qurudulmuş) idxal edib. Elchi.az -ın Dövlət...

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14

Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan...

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

14 Sentyabr 2026 - 20:11

Media və Yayım Şurasının sədri Əhməd İsmayılov Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə...

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 - 20:07

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə Elchi.az - a qurumdan bildirilib. Məlumata görə, bu...

Next Post

Avropada ABŞ-ı məyus edəcək sorğu keçirildi

Avropada ABŞ-ı məyus edəcək sorğu keçirildi

Son xəbərlər

Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib

14 Sentyabr 2026 - 20:17
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

14 Sentyabr 2026 - 20:14
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub

14 Sentyabr 2026 - 20:11
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 - 20:07
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

14 Sentyabr 2026 - 20:04
Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

Tramp: Süni intellekt və məlumat mərkəzlərinə qarşı xəstə bir sui-qəsd aparılır

14 Sentyabr 2026 - 19:25
MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

MAQATE rəhbəri Qrossi qlobal nüvə silahlanmasına qarşı xəbərdarlıq etdi

14 Sentyabr 2026 - 19:12
MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb

14 Sentyabr 2026 - 19:03
Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

Fransa Hörmüz boğazına alternativ enerji yollarının yaradılmasını istəyir

14 Sentyabr 2026 - 18:56
İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

İran 77 gəminin sanksiya siyahısına salındığını elan edib

14 Sentyabr 2026 - 18:43
Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb

Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb

14 Sentyabr 2026 - 18:34
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib

14 Sentyabr 2026 - 18:24
Sabahdan Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq

Sabahdan Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq

14 Sentyabr 2026 - 17:55
AYNA: Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır

AYNA: Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır

14 Sentyabr 2026 - 17:41
Zelenski Tramp ilə Rusiya ilə enerji və dəniz atəşkəsini müzakirə etmək istəyir

Zelenski Tramp ilə Rusiya ilə enerji və dəniz atəşkəsini müzakirə etmək istəyir

14 Sentyabr 2026 - 17:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.