“Rusiya prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciətini oxuyacaq”.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Qostinı Dvorda keçirilən mərasimə xüsusi hərbi əməliyyatın iştirakçıları dəvət olunub. Lakin xarici jurnalistlərin bu tədbirə akkreditasiyası məsələsi hələ də həll olunmayıb.
Dövlət başçısının 18-ci müraciəti Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın ildönümü ərəfəsində olacaq.
Peskov həmçinin bildirib ki, müraciətdə Rusiyadakı mövcud vəziyyət, o cümlədən iqtisadiyyat və sosial sahə diqqət mərkəzində olacaq.
Yeganə