Rusiya prezidenti Vladimir Putin onu müşayiət edən nümayəndə heyəti ilə Tatarıstanın paytaxtı Kazanda olub.
O, zavodun modernləşdirilmiş Tu-160 M bombardmançısını sınaqdan keçirib.
Elchi.az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
TU-160 M Rusiyanın səsdən sürətli, dəyişkən qanadlı ağır strateji bombardmançı və hava-desant raket platformasıdır. Təyyarə nüvə başlıqlarını da daşıya bilir. Putin istehsal olunan TU-160-lardan birinə minib və onun salonuna baxıb.
Daha sonra o, təyyarənin sınaq uçuşunu da həyata keçirib. Putinin yarım saat havada uçduğu açıqlanıb. Rusiya liderini müdafiə naziri Sergey Şoyqu və Tatarıstan lideri Rustem Minixanov müşayiət edib.
Nuranə Məmmədova