Cənubi Koreyada tibb fakültəsi tələbələrinin sayının artırılması təşəbbüsünə etiraz olaraq təxminən 9 min intern həkim istefalarını təqdim etdikdən sonra hökumət “fövqəladə vəziyyət” elan etdi.
xəbər verir ki, Yonhap-ın məlumatına görə, Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, ötən gecə ölkə üzrə 13 min intern həkimdən 8 min 897-si istefa ərizəsi verib, onlardan 7 min 863-ü vəzifə yerini tərk edib. 11 min 481 tibb tələbəsi dərslərə gəlməyib.
Cənubi Koreyanın tibbi qanunlarına görə , hökumət həkimlərin və digər tibb işçilərinin ictimai sağlamlıqla bağlı narahatlıq yarandığı təqdirdə vəzifəyə qayıtmaları üçün əmr verə bilər.
Təlimatlara əməl etməyən işçiləri 3 ilə qədər həbs və ya təxminən 22 min ABŞ dolları məbləğində cərimə, habelə tibbi lisenziyalarına xitam verilə bilər.
Nuranə Məmmədova