Rusiya prezident Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqından (RSPP) biznesə təzyiqləri azaltmaq üçün cinayət qanununa düzəlişlər edilməsi ilə bağlı göstəriş verib.
Elchi.az xəbər verir ki, Kremlin saytında yerləşdirilən təlimatlar siyahısına əsasən, təkliflər iyunun 1-dək təqdim edilməlidir.
Putin həmçinin, iyunun 1-dək iri şirkətlər üçün sosial layihələr haqqında məlumatların yer aldığı ictimai qeyri-maliyyə hesabatının tətbiqi imkanlarını nəzərdən keçirməyi tapşırıb.
“Rusiyanın iri şirkətləri tərəfindən, digər məsələlərlə yanaşı, onların Rusiyada sabit strateji inkişaf, işçilərə və onların ailələrinə qayğı kimi məsuliyyətli işgüzar davranış prinsiplərinə uyğunluğu barədə məlumatları özündə əks etdirən qeyri-maliyyə hesabatlarının illik nəşri məsələsini nəzərdən keçirin. Sosial proqramların dəstəklənməsi, ətraf mühitin mühafizəsi ilə bağlı layihələrin həyata keçirilməsi məsələləri də bura daxil edilsin”, – deyə göstərişlər siyahısında deyilir.
Rusiya prezidenti iyunun 1-dək bu məsələ ilə bağlı hesabat gözləyir.
Yeganə