"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

05 May 2023 - 15:01
in SİYASƏT
FacebookVatsap

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mayın 3-də Şuşada Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda IV Beynəlxalq konfransda çıxışını öyrənməli, nitqimizdə yararlanmalı, fəaliyyətimizdə müvafiq qaydada tətbiq etməliyik. Türk dünyasının 2023-cü il üzrə Mədəniyyət paytaxtı olan Şuşada – bəli, məhz əziz Şuşada, məhz Heydər Əliyev İlində və məhz Prezidentin verdiyi ismarışlar təvafüqlükdür: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Azərbaycan xalqı bununla fəxr edir. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir”.
Dövlət başçısının çıxışında elə ismarışlar var, məsələn, Ermənistan və havadarları təxirəsalmadan nəticə çıxarmalıdır. “Əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq”! – Yalnız bu üç cümlə özü çox mətləblərdən xəbər verir.
Birincisi, böyük Avrasiya geosiyasətinin keçmişini, bu gününü bilməyən, gələcəyini təsəvvür etməyənlər qəflət yuxusundadır və bir an öncə ayılmalarında (hamı üçün, ilk sırada özləri üçün) fayda vardır. Cırtdan, məğlub, monoetnik Ermənistan dövləti revanşizimdən qəti surətdə əl çəkməli, terrordan imtina etməli, sülhü alternativlərin ən yaxşısı, əvəzsizi kimi qəbullanmalı və bunu rəsmi qaydada təsdiq etməli, imzalamalıdır. Əgər bizim dövlət başçımız “sözümüz imzamız qədər keçərlidir” deyirsə və bu söz kəlama çevrilərək, dəfələrlə təsdiq olunaraq tarixi doğruluğunu sübut edibsə, o zaman Ermənistan hakimiyyəti heç olmazsa, imzasının arxasından qaçmamalıdır. Beynəlxalq hüquq normaları, 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsi, Azərbaycan və Ermənistanın üzv olduğu beynəlxalq qurum və quruluşların nizamnaməsindən irəli gələn öhdəliklər öz yerində, bəs Ermənistanın 10 noyabr 2020-ci il tarixli məlum Üçtərəfli Bəyanatı unutması, təhrifi nə demək olur? 10 noyabr 2020-ci il Bəyanatına atılmış imzaların mürəkkəbi qurumamış onun Ermənistan tərəfindən pozulmasına cəhdləri necə başa düşməli? Belə cəhdlər kiçik fasilələrlə yenə davam edir. Doğrudur, hər dəfə Dəmir Yumruq öz işini görür, lakin Ermənistan nə məğlubiyyətindən dərs çıxarır, nə Avrasiyanın geosiyasətinin formalaşma mənbələrini, dərinlik və üfüqünü idrak edir, nə də sülhə etibar nümayiş etdirə bilir… Belə qeyri-ciddilik bir daha göstərmiş olur ki, ermənilərin dövlət qurma və onu yaşatma xarakteri, imkanı yoxdur.
“…İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa”, – Prezident İlham Əliyev bu sözləri 2020-ci ilin 20 noyabrında Ağdamın azad olunması ilə Xalqa müraciətində demişdi. İlham Əliyevin 3 may 2023-cü ildə – Ağdamda mühüm təməlatmalar etdikdən bir gün sonra Şuşa şəhərində Ermənistanla bağlı verdiyi ismarıclar öncəki fikirlərinin davamı və inkişafı xarakterindədir: “Otuzillik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar”… Bu isə Ermənistan üçün ən son şansların belə tükənmək üzrə olduğunu göstərir. Avropa Birliyinin təşəbbüsü ilə Brüsseldə, məlum Üçtərəfli Bəyanatın 3-cü tərəfi olan Rusiya ilə Moskvada, Soçidə dövlət başçıları səviyyəsindəki danışıqlar, nəhayət, bugünlərdə ABŞ-da xarici işlər nazirlərinin üçtərəfli formatda apardığı uzun müzakirələr arzuolunan nəticələrə gətirib çıxarmırsa, bunun tək bir səbəbi, səbəbkarı vardır: Ermənistan! Məsuliyyət Ermənistanın üzərindədir. Şəhərlər, vasitəçilər, günlər, aylar, illər dəyişir, Ermənista dəyişmir ki, dəyişmir. – Yenə destruktivlik, yenə yalan, riya, yenə vaxt uzatmaq cəhdi, yenə haqsız iddialar və s.
“Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər”… Sanki nə 30 illik işğal, nə 3 illik postişğal dönəmi erməni başbilənlərinin həqiqətləri görməsini təmin etməyib… Ancaq indi elə bir durumdadırlar, havadarları belə onlardan bezib, havadarlarından belə qırğındırlar… Bu isə növbəti onilliklər üçün də erməni xalqının öz hərbi-siyasi rəhbərliyinin avantüralarından əziyyət çəkməkdə davam edəcəyinə dəlalət edir. Əslində, qıraqda havadar axtarmaq “strategiyası”ndan əl çəkib, Azərbaycanla, türkiyə ilə normallaşma sürəcinə başlamasa, zatən “Ermənistan” adlı şərti dövlət tam sıradan çıxacaqdır.
Bəli, “biz regionda baş verən proseslərə göz yuma bilmərik. Qarabağın azad edilməsindən sonra ölkə daxilində artıq heç bir risklə üzləşmədiyimizə baxmayaraq, biz adada yaşamırıq”.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yuxarıda vurğulanan məqamları, dəyişən Ermənistan hakimiyyətlərinin dəyişməyən qeyri-ciddi davranışlarını xatırladaraq, Ermənistanın xilasının nədən asılı olduğunu söylədi: “Kommunikasiyaların açılması onların marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik. Verilmiş bəyanatlara və hadisələrin xronologiyasına nəzər salsanız görərsiniz ki, sülh sazişi haqqında danışıqların başlanılmasını təklif edən də Azərbaycan olmuşdur.
…Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, – söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, – dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır”…
Azərbaycan Prezidentin Şuşadakı nitqini və ona ünvanlanmış suallara cavablarını bəlli istiqamətlər üzrə tezislər şəklində sıralamağa çalışsaq, bu fərqləndirmələri apara bilərik:
– Azərbaycan vahid əməkdaşlıq formatına malik olmaq istəmir;
– Azərbaycan əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçib. Ukrayna və Gürcüstan 15 il NATO-ya üzv olmağa çalışırlar. Azərbaycan isə ordusunun gücünə görə NATO-nun ikinci dövləti olan Türkiyə ilə saziş imzalayıb;
– Azərbaycan və Türkiyə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu gücləndirəcəkdirlər. Çünki yeni geosiyasi reallıqda bu, artıq regional sabitliyin və təhlükəsizliyin mühüm amilinə çevrilib;
– Qafqazda ayırıcı xətlər, inzibati sərhədlər, dövlət sərhədləri olsa da belə, Qafqaz vahid bir orqanizmdir;
– Azərbaycan tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır;
– Özbəkistan ilə əməkdaşlığın mahiyyəti və ruhu unikaldır. Təqribən eyni dildə danışan və eyni dəyərləri paylaşan iki qardaş xalq arasında əməkdaşlıq əlaqələrin qorunması olduqca vacib vəzifədir;
– Azərbaycanın boru kəməri infrastrukturu vasitəsilə Qazaxıstandan neftin nəqlinə başlanılması barədə razılıq əldə olunub;
– Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simson Azərbaycanı ümumavropa qaz təchizatçısı adlandırıb;
– “Bir kəmər, bir yol” təşəbbüsü həmişə Azərbaycan tərəfindən dəstəklənib;
– Tamamilə aydındır ki, dünya heç vaxt Rusiya-Ukrayna müharibəsinə qədər olduğu kimi olmayacaq;
– Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq;
– Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü de-fakto tanıyırlar;
– Razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır;
– Ərazi bütövlüyümüzü qorumaq məqsədilə bütün lazımi tədbirlər görüləcəkdir.
Dövlətimiz var olsun!

Bunu da oxuyun

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Qənirə Paşayeva

Previous Post

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Next Post

AKP də ləğv olundu

Bənzər yazılar

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08

Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

03 İyun 2026 - 19:10

Bu gün tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri...

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

03 İyun 2026 - 18:56

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar...

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

03 İyun 2026 - 18:31

Avropa İttifaqı (Aİ) və Azərbaycan tərəfdaşlığın 30 illiyini qeyd etdiyi bir vaxtda "Tərəfdaşlıq Prioritetləri" sənədinin mətnini ilkin olaraq yekunlaşdırıb və...

Next Post
AKP də ləğv olundu

AKP də ləğv olundu

AKP də ləğv olundu

AKP də ləğv olundu

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.