"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“Prezidentin Qazaxıstana səfəri türk dövlətlərinin bir-birinə yaxınlaşmasının tərkib hissəsidir”

12 Oktyabr 2022 - 19:56
in GÜNDƏM
FacebookVatsap

“Prezident İlham Əliyevin Qırğızıstana səfərini və iki qardaş ölkə arasında münasibətlərin ən yüksək mərhələyə – strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini bütövlükdə Türk dünyasının uğuru kimi qiymətləndirmək lazımdır. Ümumiyyətlə, bu il Orta Asiyanın türk cümhuriyyətləri ilə həm Azərbaycanın, həm də Türkiyənin münasibətlərində müşahidə olunan fəallaşma təqdirəlayiq haldır. Dövlət başçılarının qarşılıqlı səfərləri isə bu münasibətlərə müsbət dinamika gətirir”.

Bunu da oxuyun

Dağ-mədən və metallurgiyada böyük inkişaf hədəfləri

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

Elchi.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov FB hesabında qeyd edib.

O, bildirib ki, Azərbaycan Prezidentinin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, Qırğızıstan və Qazaxıstanın dövlət başçılarının isə Azərbaycana səfərləri zamanı əldə edilmiş razılaşmalarTürk Dövlətləri Təşkilatının üzv dövlətləri arasında inteqrasiya prosesinin güclənməsinə xüsusi impuls verib:

“Bu inteqrasiyanın təməlində isə həm də Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə”, Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə” və eləcə də Türkmənistan ilə ötən ilin yayında Xəzər dənizində “Dostluq” yatağı üzrə birgə fəaliyyət haqqında imzalan Anlaşma Memorandumu dayanır.
Bu bəyannamə və anlaşmalar türk cümhuriyyətləri arasında dostluq və qardaşlıq əlaqələrini hüquqi-siyasi müstəviyə daşıyan strateji sənədlər, hüquqi-siyasi baza rolunu oynayır. Həmin sənədlər bizim bir araya gəlməyimiz və güclərimizi birləşdirməyimiz üçün etibarlı zəminə çevrilir. Bu mənada Azərbaycan Orta Asiya ölkələrinin hər biri ilə sıx münasibətlərə xüsusi önəm verir. Mən deyərdim ki, Azərbaycan Prezidenti türk dövlətlərinin bir araya gəlməsində hamıdan çox fəallıq göstərən lider kimi diqqəti cəlb edir. Bütün türk dövlətlərinin başçıları İlham Əliyevin inteqrasiya istiqamətində fəaliyyətlərini yüksək qiymətləndirir.
Qırğızıstan Respublikası ilə münasibətlər də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İlham Əliyevin ötən gün Qırğızıstana baş tutan səfəri kifayət qədər məhsuldar səfər olmaqla bərabər, həm də hazırda davam edən Rusiya-Ukrayna müharibəsi fonunda meydana çıxan qlobal çağırışlar və yeni dünya düzəninin formalaşması baxımından olduqca strateji əhəmiyyətli səfərdir. Bu səfərlər onu göstərir ki, bəzi ölkələrin liderlərindən fərqli olaraq Türk dünyasının liderləri çaşqınlıq yaşamır, gözləmə mövqeyi tutmur və kim daha güclüdürsə onun qanadı altına sığınmaq mövqeyindən çıxış etmirlər. Türk dövlətlərinin liderləri başa düşürlər ki, hazırkı qlobal xaos və qeyri-müəyyənlik şəraitində Türk birliyini vahid güc halına gətirmək hava-su kimi vacibdir və bu ən optimal çıxış yoludur.
İlham Əliyevin Qırğızıstan səfəri iki ölkə münasibətlərinin inkişaf etməsinə yeni təkan verəcək. Təsadüfi deyil ki, Qırğızıstan Prezidenti Sadır Japarov da Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimində etdiyi çıxışında münasibətlərimizin yeni mərhələyə qədəm qoyduğunu qeyd etdi. Qırğız lider həmçinin bu prosesdə Azərbaycan Prezidentinin rolunu xüsusi olaraq vurğuladı. O, bildirdi ki, “Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olub”. Prezident İlham Əliyev də öz növbəsində qeyd etdi ki, bizim qardaşlığımız sözdə deyil, əməldədir, Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq artıq reallıqdır və biz hər gün bu tərəfdaşlığı yeni məzmunla zənginləşdiririk”.

Ə.Hüseynov vurğulayıb ki, Azərbaycan Prezidentinin Qırğızıstana səfərinin ən yaddaqalan məqamlarından və nəticələrindən biri də bu oldu ki, iki ölkənin paytaxt şəhərləri – Bakı və Bişkek qardaşlaşmış şəhərlər oldular:

“Paytaxtlarımızın rəsmi səviyyədə qardaşlaşması heç şübhəsiz ki, xalqlarımızın qardaşlığının davamıdır. Qarşıdakı illərdə Bakıda Qırğızıstan mədəniyyət günlərinin, Bişkekdə isə Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi dostluq və qardaşlıq münasibətlərimizi daha da dərinləşdirəcək.
İlham Əliyevin Qırğızıstana səfəri bitər-bitməz, onun Qazaxıstana yollanması türk dövlətlərinin bir-birinə yaxınlaşmasının tərkib hissəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da hazırda Qazaxıstandadır. Göründüyü kimi Azərbaycan və Türkiyə Türk dünyasının lider dövlətləri kimi qardaş ölkələr arasında münasibətlərin dərinləşməsi üçün maksimum səylər göstərir. Ümid edirik ki, hər şey gözlənildiyindən də daha gözəl olacaq”.

Yeganə

Previous Post

“Prezidentin Qazaxıstana səfəri türk dövlətlərinin bir-birinə yaxınlaşmasının tərkib hissəsidir”

Next Post

2023-cü ilin Nobel Sülh Mükafatı İlham Əliyev və Nikol Paşinyana verilə bilər

Bənzər yazılar

Dağ-mədən və metallurgiyada  böyük inkişaf hədəfləri

Dağ-mədən və metallurgiyada böyük inkişaf hədəfləri

23 Sentyabr 2026 - 17:06

İqtisadi qüdrətini möhkəmləndirən ölkəmiz inkişafın yeni mərhələsinə qədəm qoyur. Avropanın enerji təminatında böyük pay sahibi olan Azərbaycan regionda iqtisadi imkanlarını...

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

23 Sentyabr 2026 - 14:43

Azərbaycanlı və erməni ekspertlərin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. Elchi.az apa-ya istinadla xəbər...

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

“Formula 1”i izləmək üçün Bakıya gələn əcnəbilərin SAYI

23 Sentyabr 2026 - 13:42

Ötən il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı yarış günlərində 14 min xarici turist Bakıya gəlib. Elchi.az xəbər verir ki,...

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Azərbaycandadır

22 Sentyabr 2026 - 18:13

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəisi Kristine Qriqoryan Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melaniya...

Next Post
2023-cü ilin Nobel Sülh Mükafatı İlham Əliyev və Nikol Paşinyana verilə bilər

2023-cü ilin Nobel Sülh Mükafatı İlham Əliyev və Nikol Paşinyana verilə bilər

2023-cü ilin Nobel Sülh Mükafatı İlham Əliyev və Nikol Paşinyana verilə bilər

2023-cü ilin Nobel Sülh Mükafatı İlham Əliyev və Nikol Paşinyana verilə bilər

Son xəbərlər

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

“Kaşif Kozinoğlu işi”ndə saxlanılanların sayı artıb

23 Sentyabr 2026 - 22:55
Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb

23 Sentyabr 2026 - 22:52
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək

23 Sentyabr 2026 - 22:50
Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

23 Sentyabr 2026 - 22:05
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

23 Sentyabr 2026 - 22:04
Qazaxda açıq ərazidə yanğın baş verib

Qazaxda açıq ərazidə yanğın baş verib

23 Sentyabr 2026 - 22:03
Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

23 Sentyabr 2026 - 20:33
Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2026 - 19:23
Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

23 Sentyabr 2026 - 19:15
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05
Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

23 Sentyabr 2026 - 18:57
Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

23 Sentyabr 2026 - 18:50
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38
Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

23 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.