"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Prezident konfrans iştirakçılarına müraciət etdi

22 Noyabr 2022 - 10:27
in SİYASƏT
FacebookVatsap

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Bakı şəhərində keçirilən “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarına müraciət edib.
Elchi.az müraciətin mətnini təqdim edir:

Bunu da oxuyun

Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir

Prezident İlham Əliyev Volodimir Zelenski ilə görüşüb

“Hörmətli konfrans iştirakçıları!
Sizi – Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) “Təhlükəsizlik və əməkdaşlıq: siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransının iştirakçılarını səmimi-qəlbdən salamlayır, konfransın işinə uğurlar arzulayıram.
ICAPP Asiya regionunda 370-dən çox siyasi partiyanı bir araya gətirən nüfuzlu beynəlxalq təşkilat olaraq, dövlətlərin aparıcı siyasi partiyaları səviyyəsində aktual regional və qlobal məsələlərin müzakirə edildiyi, fikir və təcrübə mübadiləsinin aparıldığı əhəmiyyətli platformadır. ICAPP-ın yaratdığı geniş diskussiya mühitinin əhatə dairəsi təkcə Asiya ilə məhdudlaşmır, onun tədbirlərində müntəzəm olaraq Afrika, Avropa və Latın Amerikası ölkələri siyasi partiyalarının da təmsilçiləri iştirak edirlər.
Beynəlxalq münasibətlər sistemində ciddi təlatümlərlə müşayiət olunan yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə siyasi partiyaların və beynəlxalq təşkilatların müxtəlif səviyyələrdə öz mövqelərini və hadisələrə təsir imkanlarını yenidən dəyərləndirmələrinə ehtiyac yaranmışdır.
Dövlətlərin üzləşdikləri müasir qlobal çağırışlar arasında sülh və təhlükəsizlik problemləri beynəlxalq münasibətlərin bütün sahələrinə və iştirakçılarına təsir göstərən ən aktual məsələlərdəndir. Bu həm də 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində uzun illər məruz qaldığı hərbi təcavüzə son qoyaraq ərazilərini işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddət ərzində icra edilməyən dörd qətnaməsinin tələblərini həyata keçirmiş Azərbaycan, eləcə də bütün Cənubi Qafqaz regionu üçün həssas və prioritet məsələdir.
Tarixi təcrübə göstərir ki, münaqişələr əbədi davam edə bilməz. Azərbaycanla Ermənistan arasında da beynəlxalq hüquqa, ədalət prinsipinə əsaslanan sülhün, təhlükəsizliyin təmin edilməsi dövrün və zamanın tələbidir. Bu baxımdan, siyasi partiyaların beynəlxalq sülhə və təhlükəsizliyə töhfə vermək məqsədilə bilik və təcrübələrinin mübadiləsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi təqdirəlayiqdir.
Bugünkü tədbirin Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi ilə eyni vaxtda keçirilməsi əlamətdar hadisədir və öz yubileyini dost siyasi partiyalarla birlikdə qeyd edən YAP-ın beynəlxalq əməkdaşlığa, xarici tərəfdaşlara verdiyi önəmin göstəricisidir.
Ümidvaram ki, Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə keçirilən bu konfrans çərçivəsində faydalı və məhsuldar müzakirələr aparılacaq, bölgədə, eləcə də dünyada sülhün, təhlükəsizliyin təşviqində siyasi partiyaların fəallığının artırılması sahəsində səmərəli istiqamətlər müəyyənləşdiriləcəkdir.
Belə bir məqsədə xidmət edən fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram”.

Previous Post

Prezident konfrans iştirakçılarına müraciət etdi

Next Post

Azərbaycanda iki şirkət barəsində iş qaldırıldı

Bənzər yazılar

Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb

Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb

12 Noyabr 2026 - 16:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Moldova Respublikasının Prezidenti Maya Sandu...

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir

12 Noyabr 2026 - 16:39

İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyası keçirilir. Elchi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham...

Prezident İlham Əliyev Volodimir Zelenski ilə görüşüb

Prezident İlham Əliyev Volodimir Zelenski ilə görüşüb

12 Noyabr 2026 - 15:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa...

Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır

Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır

12 Noyabr 2026 - 14:30

"Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır". Elchi.az xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu Avropa Siyasi Birliyinin Sammitindən əvvəl jurnalistlərə...

Next Post
Azərbaycanda iki şirkət barəsində iş qaldırıldı

Azərbaycanda iki şirkət barəsində iş qaldırıldı

Azərbaycanda iki şirkət barəsində iş qaldırıldı

Azərbaycanda iki şirkət barəsində iş qaldırıldı

Son xəbərlər

Tramp: ABŞ-ın artıq İranla razılaşmaya ehtiyacı yoxdur

Tramp: ABŞ-ın artıq İranla razılaşmaya ehtiyacı yoxdur

12 Noyabr 2026 - 17:40
Meksika miqrantların qarşısını almasa, Tramp gömrük rüsumlarını ikiqat artıracaq

Meksika miqrantların qarşısını almasa, Tramp gömrük rüsumlarını ikiqat artıracaq

12 Noyabr 2026 - 17:26
Hürmüz boğazında gamilərə edilən hücumların sayı artmaqda davam edir

Hürmüz boğazında gamilərə edilən hücumların sayı artmaqda davam edir

12 Noyabr 2026 - 17:18
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

12 Noyabr 2026 - 17:08
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb

Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb

12 Noyabr 2026 - 16:57
Azərbaycan-Türkiyə-Gürcüstan MMU rektorlarının üçtərəfli görüşü keçirilib

Azərbaycan-Türkiyə-Gürcüstan MMU rektorlarının üçtərəfli görüşü keçirilib

12 Noyabr 2026 - 16:45
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir

12 Noyabr 2026 - 16:39
Azərbaycan boksçusu Olimpiya Oyunlarında gümüş medal qazanaraq ilkə imza atdı

Azərbaycan boksçusu Olimpiya Oyunlarında gümüş medal qazanaraq ilkə imza atdı

12 Noyabr 2026 - 16:28
Masallıda gənclərin sahibkarlıq potensialının inkişafına yönələn təlim təşkil olunub

Masallıda gənclərin sahibkarlıq potensialının inkişafına yönələn təlim təşkil olunub

12 Noyabr 2026 - 16:19
Mask Nvidia rəhbərini işə götürməyi şərəf adlandırıb

Mask Nvidia rəhbərini işə götürməyi şərəf adlandırıb

12 Noyabr 2026 - 16:00
Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar – 18 manat…

Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar – 18 manat…

12 Noyabr 2026 - 15:51
Aİ Makronun gedişindən sonra Avropa Birliyinin ləğvini gözləyir

Aİ Makronun gedişindən sonra Avropa Birliyinin ləğvini gözləyir

12 Noyabr 2026 - 15:42
Prezident Dublindəki Konqres Mərkəzinə gəldi – VİDEO

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi – VİDEO

12 Noyabr 2026 - 15:32
İctimai nəqliyyata ayrılan 155 milyon pul xərclənməyib

İctimai nəqliyyata ayrılan 155 milyon pul xərclənməyib

12 Noyabr 2026 - 15:30
Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib

Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib

12 Noyabr 2026 - 15:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.