İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti duru və bərk yağ (marqarin, spred) məhsulları bazarının araşdırılması ilə əlaqədar tələb olunan sənəd və məlumatları təqdim etmədiyi üçün Sun Food və Bakı Qida və Yağ Fabriki MMC-lər barədə antiinhisar qanunvericiliyinin tələblərinin pozulması üzrə iş qaldırıb.
Dövlət Xidmətindən Elchi.az-a verilən məlumata görə, araşdırmalar “Antiinhisar fəaliyyəti haqqında” qanun və Nazirlər Kabinetinin “Antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli sərəncamı çərçivəsində aparılır.
Zəngilanda silah-sursat aşkarlandı
Zəngilanda silah-sursat aşkar edilib. Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Zəngilan...