"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri birgə strateji hədəflərə çatmaqda yeni imkanlar açır

02 Sentyabr 2025 - 12:51
in MANŞET
FacebookVatsap

Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər və apardığı səmərəli müzakirələr Azərbaycan-Çin münasibətlərinin ali səviyyəli xarakterini əks etdirməklə yanaşı, qlobal miqyaslı rifah və geniş tutumlu əməkdaşlıq quruculuğu yolunda dövlətimizin sarsılmaz qətiyyətinin nümunəsi kimi səciyyələndirilə bilər.

Bunu da oxuyun

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Dövlət başçımızın Çin Xalq Respublikasının Sədri ilə görüşü zamanı səsləndirilən fikirlər, xüsusilə də, cənab Si Çinpinin ehtiramla İlham Əliyevi “mənim əziz dostum” deyərək salamlaması Bakı ilə Pekin arasında əsl dostluğun, səmimi siyasi təmasların və həqiqi strateji müttəfiqliyin ruhunu əks etdirir. Aparılan faydalı və səmərəverici dialoqlar, nəticəsaslı anlaşmalar təsdiqləyir ki, iki dövlət arasında əməkdaşlıq ən dinamik templərlə irəliləyir.
Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxış edən Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Son iki ildə keyfiyyətcə yeni səviyyəyə yüksələn əlaqələr ən mühüm sənədlərin imzalanması ilə nəticələnib. Belə ki, ötən il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində möhkəm strateji tərəfdaşlığın əsası qoyulub və cari ildə Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalanıb. Bu tarixi hadisə ilə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açılıb.

Azərbaycan və Çin bu dərin sütunlar və qarşılıqlı etimad üzərində mehriban dostluq münasibətlərini gücləndirərək siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, enerji, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirir. Cari ilin iyul ayından Azərbaycan vətəndaşları üçün vizasız rejiminin tətbiqi isə turizmə və biznes icmaları arasında inkişafa təkan verməkdədir.

Bakı və Pekin regionda sülh və sabitliyin əldə edilməsi üçün birgə səyləri gücləndirir, yeni regional və beynəlxalq siyasi və iqtisadi əməkdaşlıq xəritəsinin formalaşmasında qətiyyətli və geriçəkilməz addımlar atır.

Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir. Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayır.

Rəsmi Bakı Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini daim dəstəkləyərək, habelə Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk dövlətlərdən biri kimi separatizmə qarşı barışmaz mövqe və qətiyyət nümayiş etdirərək cəsarətli və əzmkar qətiyyətini ifadə edir.

Azərbaycanın suveren və legitim inkişaf modelinin Çin tərəfindən dəstəklənməsi qlobal tərəfdaşlara birgə sabit tərəfdaşlıq və irəliyə gedən intibahın yalnız səmimi və iddiasız münasibətlərə söykənməsinə işarədir. Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakı Azərbaycan dövlətinin beynəlxalq terrorizm, imperializm və işğalçı təzahürlərə qarşı barışmaz mövqeyinin və qalibiyyət təntənəsi yaşayan ÇXR Hökumətinin fəxarətli günlərində yanında olmasının ifadəsi kimi dəyərləndirilməlidir.

Azərbaycan tranzit və əlaqələndirici dövlətdir, strateji amildir, qitələr arasında bağlantını təmin edən geoiqtisadi əhəmiyyətə malik təchizatçıdır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Çinin etibarlı tərəfdaşı olaraq ölkəmiz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə verir, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələr həyata keçirir. Çin dövlətinin rəhbəri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdən biri kimi Azərbaycan Orta Dəhlizdə müasir infrastrukturlar yaradır, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini vahid nəqliyyat hablarında birləşdirir. Son 3 ildə Azərbaycan üzərindən yüklərin daşınma həcminin 90 faiz artması bu Orta Dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirilə bilər. Çindən sonra bu marşrutda investisiya qoyuluşlarında ikinci səhmdara çevrilən Azərbaycan Orta Dəhlizin əsas şaxələri olan Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı infrastrukturları tam müasirləşdirib, hazırda Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq istiqamətində fasiləsiz logistika quruculuğunu inkişaf etdirir.

Orta Dəhlizin növbəti dayanacağı olacaq Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılmasını təmin etməklə beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarını genişləndirəcək, yeni rifah körpüsünü quracaq. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.

Yeri gəlmişkən, cənab Si Çinpinin Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində birbaşa dialoqun əhəmiyyətinə toxunması da məhz bu rifah alyansının möhkəmlənməsi perspektivlərinə olan inamın ifadəsidir.

Prezident İlham Əliyevin Çin səfəri həm də yeni iqtisadi-investisiya proqramları və sərmayə bağlantılarının təşviqi istiqamətində səmərəli görüşlər, mühüm razılaşmalara əsas verən niyyətlərin ifadə olunması ilə yadda qalmaqdadır. Dövlətimizin başçısının Tiencin şəhərində “CCCC” (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian, “CETC” korporasiyasının baş direktoru, “Sichian Sunsync Photovoltaic Technology Co” şirkətinin təsisçisi və sədri, “China Energy Engineering Corporation Limited” şirkətinin rəhbəri vəzifəsini icra edən Ni Cenlə görüşləri qabaqcıl innovasiyalar və ağıllı texnologiyalar, bərpaolunan enerjidə ən zəruri infrastrukturların yaradılması, “yaşıl enerji” və rəqəmsal iqtisadiyyat quruculuğunda və digər sahələrdə investisiya təşviqləri üçün xüsusi əhəmiyyət kəsb edir.

Çinin ən nəhəng maliyyə institutu olan Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti ilə görüş və strateji əməkdaşlıq üzrə imzalanmış birgə bəyannamə yeni sərmayə proqramlarının maliyyələşdirilməsi üçün yeni investisiya təminatıdır.

Beləliklə, Azərbaycan Prezidentinin Çinə işgüzar səfəri iki dövlət arasında səmərəli əməkdaşlığın daha da möhkəmlənməsi, siyasi təmas və iqtisadi-investisiya bağlantılarına yeni təkanlar verməklə, strateji müttəfiqliyin hədəflərinə çatmaqda mühüm rol oynayacaq.

Ramid Namazov
Milli Məclisin deputatı

 

Previous Post

Putin və Si Cinpin Tramp və ya Ukrayna münaqişəsini müzakirə etməyiblər

Next Post

Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq – PROQNOZ

Bənzər yazılar

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə...

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

06 Oktyabr 2026 - 16:19

Ukraynanın NATO-ya üzvlüyü hazırda gündəmdə deyil və Vaşinqton diqqətini Ukrayna münaqişəsinin nizamlanması məsələsinə cəmləyib. Elchi.az xəbər verir ki, bu barədə...

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az...

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

“Azərbaycan İsrailin Qəzzada etdiklərinə heç vaxt haqq qazandırmayıb” – Qüdrət Həsənquliyev

05 Oktyabr 2026 - 12:20

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post
Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq – PROQNOZ

Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib

Azərbaycanın paralimpiya çempionuna FHN-də vəzifə verilib

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.