Prezident Ərdoğan Qətərə getdi

38

Prezident Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Hamedin dəvəti ilə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak etmək üçün “TC-TUR” özəl təyyarəsi ilə saat 12.20-də Qətərin paytaxtı Dohaya gəlib.
Elchi.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanı Atatürk Hava Limanından vitse-prezident Fuat Oktay, daxili işlər naziri Süleyman Soylu, İstanbul valisi Əli Yerlikaya, AK Partiya İstanbul İl sədri Osman Nuri Kabaktepe yola salıb.
Ərdoğan və xanımı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, xəzinə və maliyyə naziri Nurəddin Nebati, Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun və Prezidentlik sözçüsü İbrahim Kalın da Dohaya gedib.

Şayəstə