Ukrayna prezidenti Petro Poroşenko ölkənin ən böyük regionlarından olan Dnepropetrovskinin qubernatoru, oliqarx İqor Kolomoiskini vəzifəsindən azad olunması barədə sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, İ.Kolomoyski əvvəl qubernatorluq vəzifəsindən istefası barədə ərizə verib. Dnepropetrovsk Luqansk və Donetsk regionlarının yaxınlığında yerləşir.
P.Poroşenko və İ.Kolomoyski vaxtilə müttəfiq olublar və ötən gün görüşüblər. Sonra dövlətin nəzarətində olan iki enerji şirkəti, “UkrTransNafta” və “Ukrnafta”ya nəzarət uğrunda mübarizə aparıblar. Lakin Ukrayna parlamentinin qəbul etdiyi qanunla İ.Kolomoiskinin bu şirkətlərdə səhmdar payı azaldılıb.