Bu ilin birinci yarısında oğurluq hadisələrinin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb. Elchi.az Lent.ru-ya istinadən xəbər verir ki, cinayətlərin artması iqtisadi böhran və inflyasiya ilə bağlıdır.
“Offerista Group” pərakəndə satış bazarı eksperti Robert Bigay hesab edir ki, mağazalar düzəliş etməyə çalışdıqca artan oğurluq rəqəmləri daha da yüksəldəcək.
Aİ-nin yeni tələblərinin qüvvəyə minməsindən dərhal sonra dünya ərzaq qiymətlərinin artmağa başladığı daha əvvəl bildirib. İyulda ərzaq qiymətləri indeksi üç aylıq enişdən sonra 1,3 faiz artıb. Əsas səbəblərdən biri Şimal yarımkürəsinin bir sıra ölkələrində anomal istilər və Rusiyanın taxıl sazişindən çıxmasından sonra təchizatla bağlı çətinliklər olub. Ekspertlər belə qənaətə gəliblər ki, indeksin artması yüksək olaraq qalan ərzaq inflyasiya səviyyəsi üçün yeni riskə çevrilir.
Havar Şəfiyeva