Pekin ABŞ-ın Çinin texnologiya sənayesinə sərmayə qoyuluşuna dair yeni məhdudiyyətlərindən son dərəcə məyus olub. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti Çinin Vaşinqtondakı səfirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Çin tərəfi ABŞ-dan iki ölkənin iqtisadiyyatının sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində kurs görür. Mənbə bildirib ki, məhdudiyyətlər Çin və Amerika şirkətlərinin və investorlarının maraqlarını ciddi şəkildə pozacaq, həmçinin iki ölkə arasında normal işgüzar əməkdaşlığa mane olacaq və ABŞ-da biznes mühitinə beynəlxalq inamı azaldacaq.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Co Bayden ölkə Çinin texnologiya sənayesinə investisiyaları məhdudlaşdıracaq fərman imzalayıb.
Havar Şəfiyeva