Polşa Rusiyanın Ukraynaya qarşı ən təsirli silahını müəyyən edib

Rusiyanın Ukraynaya qarşı ən təsirli silahı ballistik raketlərdir.
Elchi.az xəbər verir ki, bu barədə "Defence24" portalı yazır.
Polşa nəşri Moskvanın Kiyevə qarşı ən təsirli silahını müəyyən etməyə cəhd edib ki, bunun meyarı Rusiya tərəfinin mayın 24-26-da həyata keçirdiyi hücum zamanı Ukraynanın ondan adekvat səviyyədə müdafiəni təmin edə bilməməsidir.
"Siyahıdan aydın olur ki, Rusiyanın Ukraynaya zərbə endirmək üçün istifadə etdiyi ən təsirli vasitə ballistik raketlərdir. Bununla belə, onlar ən az sayda və istehsalı ən çətindir, çünki onlar, məsələn, saniyədə min metrdən çox sürətlə uçarkən həddindən artıq yüklənmə şəraitində işləyə bilən xüsusi komponentlər tələb edir", - nəşr yazır.
Nuranə Məmmədova