Rusiya sursat istehsalında Avropa İttifaqını xeyli qabaqlayır və cəmiyyət bu məsələdə təşəbbüsü ələ almalıdır. Elchi.az xəbər verir ki, bunu Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
“Hər halda görürəm ki, biz indi kifayət qədər silah istehsal etmirik. Biz bunu dəyişməli və tez bir zamanda istehsal gücümüzü genişləndirməliyik”, – deyə diplomat bildirib.
Onun fikrincə, Rusiya ilə Ukrayna arasında silahlanma nisbəti səkkizə birdir. O, həmçinin Macarıstanın baş naziri Viktor Orbanın fevralın 1-də keçiriləcək Aİ sammitində doğru olanı edəcəyinə ümid etdiyini bildirib.
Havar Şəfiyeva