Polşa Rusiya səfirliyinin hesablarından vəsait çıxarıb.Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiyanın diplomatik nümayəndəliyinə istinadən məlumat yayıb.
“Biz prokurorluqdan bildiriş aldıq ki, səfirliyin hesablarından və Santander bankındakı ticarət nümayəndəliyindən vəsait prokurorluğun hesablarına köçürülüb”, – Rusiya diplomatik missiyasının rəhbəri Sergey Andreev bildirib.
Qeyd edilir ki, bundan sonra bank səfirliklə əməkdaşlığı dayandırıb və həm ABŞ dolları, həm də Polşa zlotisi ilə xeyli vəsaitə malik olan hesabları bağlayıb. Diplomatın sözlərinə görə, insident Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması olub.
Havar Şəfiyeva