"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

"Polis dedi, şikayətçi olmasan, məsuliyyət daşıyacaqsan" (VİDEO)

25 Fevral 2015 - 22:19
in GÜNDƏM
FacebookVatsap

 

Bunu da oxuyun

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

arvad“Polis dedi, şikayətçi olmasan, məsuliyyət daşıyacaqsan”

Ə.S. – Şikayətçi olmasan, məsuliyyət daşıyacaqsan.

Kim dedi bunu ?

Ə.S.- Polis İdarəsində mənə dedilər şikayətçi olacaqsan.

Bəs siz nə dediniz?

Ə.S.- Mən də dedim ki, heç bir yerim əzilməyib. Şükür Allaha ayağımla çıxmışam bura, ayağımla düşmüşəm.

Ədilə Səlimova Cəmil Həsənlinin qızı Günel Həsənlinin avto qəza hadisəsində zərərçəkəndir. 87 yaşlı qadın Günel Həsənlidən şikayətçi olmadığını, amma həm Polis şöbəsində , həm də ekspertiza zamanı onu şikayətçi olmağa məcbur etdiklərini deyir. O, hadisə baş verən gün məscidə, ona kömək edəcəyinə söz verən şəxsin yanına getdiyini söyləyir.

“Beşinci gün idi, getdim, elə bil təzyiq məni tutdu. Yolda da təzyiqim tuturdu, istədim qayıdam, daha qayıtmadım. Təzyiqim qalxdı, yerə yıxıldım. O da (red.Günel Həsənlini nəzərdə tutur) yolu keçəndə bir balaca toxundu mənə. Deyim sənə ki, vurdu öldürdü, yox, olsaydı ölərdim də… Yenə də mənə köməklik elədi. Maşına qoydu, apardı məni rentgenə saldılar. Heç yerdə nə əzintim var, nə çıxığım”.

Hadisə günü həkim Ədilə Səlimovanın ayaqlarını iki dəfə rentgen edib və heç bir sınıq, əzinti aşkar olunmadığını bildirib. Amma hadisədən 12 gün sonra, 2 oktyabrda ekspertiza keçirilib. Ekspertizanın rəyində yazılır : Sol diz və aşıq baldır oynaqların hərəkət məhdudluğu ilə müşaiyət olunan sol diz oynağı, sol baldır və sol ayaq pəncəsi nahiyələrinin hematomaları bərk küt əşyaların təsirindən törənib və bu, avtomobilin qabarıq hissələri ilə vurulma nəticəsində əmələ gələ bilər.

“Ekspertizaya getdim, dedilər nə olub? Hadisəni danışdım, dedi yalan danışma, gizlədirsən. “Biz sənin əlindən şikayət edərik” dedi. Dedim, bax burada nə var oğlum, məndən şikayət edirsən?! Mən ölməmişəm, yaralanmamışam, bir belə qan tökülməyib məndən, niyə şikayət edə bilərsiniz məndən ?! Mən əzilsəydim, bir yerim sınsaydı, bir balaca qan olardı də…”

Ədilə xanım Yasamal rayon Məhkəməsinin qərarını eşidəndən sonra gecələr yata bilmədiyini deyir. O, məhkəmənin Günel Həsənliyə 1 il 6 ay məntəqə tipli cəza verəcəyini gözləmirmiş: “ O balamın goru üçün xəstə olmuşam. Üç gündür mən çörək yemirəm ki, axı bu qızı ( Günel Həsənlini nəzərdə tutur) niyə bədbəxt edirlər heç nəyin üstündə. Sağ-salamat arvadam. Cavanlara heç nə olmasın, mənə nə olur, olsun. Mən ona görə ( Günel Həsənlini nəzərdə tutur) pis oldum, eşitdim halım pisləşdi”.

87 yaşlı qadın məhkəmənin hökmünü baş verən hadisəyə uyğun saymır. O, Günel Həsənlidən heç vaxt şikayətçi olmadığını deyir: “Axı nəyə görə mən xalqın uşağına böhtan atım? Yaxşı deyil axı mənim üçün…Vaxt gələcək yerə qoyulacam, qəbiristanlığa gedəcəyəm. Mən necə cavab verərəm qızım?”

Previous Post

"Polis dedi, şikayətçi olmasan, məsuliyyət daşıyacaqsan" (VİDEO)

Next Post

“Nurgün” Holdinqin vitse-prezidenti oteldə ölü tapıldı

Bənzər yazılar

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

Azərbaycan və BƏƏ HHQ komandanları görüşüblər

19 Oktyabr 2026 - 19:09

Oktyabrın 19-da müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin...

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib. Elchi.az xəbər verir ki,...

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

16 Oktyabr 2026 - 12:19

Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Elchi.az xəbər verir ki, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin...

Mətbuat Şurasına yeni sədr seçilib

Mətbuat Şurasına yeni sədr seçilib

16 Oktyabr 2026 - 12:12

Mətbuat Şurasının yeni sədri seçilib. Elchi.az xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat...

Next Post

“Nurgün” Holdinqin vitse-prezidenti oteldə ölü tapıldı

“Nurgün” Holdinqin vitse-prezidenti oteldə ölü tapıldı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

20 Oktyabr 2026 - 20:06
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

20 Oktyabr 2026 - 20:00
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59
“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

20 Oktyabr 2026 - 17:59
Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

20 Oktyabr 2026 - 17:47
“Sabah”ın U19 komandası “Borussiya”ya məğlub oldu

“Sabah”ın U19 komandası “Borussiya”ya məğlub oldu

20 Oktyabr 2026 - 17:41
Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

20 Oktyabr 2026 - 17:35
Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

Nikol Paşinyanın Brüssel səfəri planlaşdırılır

20 Oktyabr 2026 - 17:28
Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

Мüşfiqabadda yol təmirinə görə hərəkət məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 17:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.