Podolyak Maskı Karlsonun Ukraynanı Kaxovka su elektrik stansiyasını partlatmaqda ittiham edən şousuna görə tənqid edib.Eyni zamanda, heç bir sübut təqdim etmədən baş verənlərə görə Rusiyanı günahlandırıb.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Ukraynanın Kaxovka su elektrik stansiyasını partlatmaqda ittiham olunduğu Fox News telekanalının keçmiş aparıcısı Taker Karlsonun şousuna görə Elon Maskı qınayıb. O, şəxsi Tvitter hesabında tənqidi fikirlər yazıb.
O, Karlsonun çıxışını “absurd” və sui-qəsd nəzəriyyələri adlandıraraq, baş verənlərə görə Rusiyanı günahlandırıb. Eyni zamanda o, heç bir sübut təqdim etməyib, sadəcə “bu, aksiomadır” deyə əlavə edib.
Şayəstə Hüseynova