Rusiya prezidenti Vladimir Putin SPİEF iştirakçılarını salamlayaraq bildirib ki, ekspertlərin fikrincə, Rusiyanın ÜDM-i 2023-cü ildə 1-2% arta bilər.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Prezidentin saytında XXVI Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun iştirakçılarına, təşkilatçılarına və qonaqlarına salamlama teleqramı dərc olunub.
Prezident texnoloji və maliyyə suverenliyinə nail olmağa, qeyri-bərabərliyin və yoxsulluğun azaldılmasına diqqət yetirməyə çağırıb, əmək bazarının stimullaşdırılmasını Rusiya Federasiyasının prioritetlərindən biri adlandırıb. Putin qeyd edib ki, Rusiya biznes ictimaiyyəti müasir iqtisadi reallıqlarda fəal şəkildə fəaliyyət göstərir.
Yeganə