Sasseks Universitetinin (Böyük Britaniya) Gemma Formanın başçılıq etdiyi bir qrup alim pişiklərin oyun zamanı öz qaydalarını sahiblərinə tətbiq etdiklərini müəyyən ediblər.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
Heyvanların başlatdığı oyunların orta hesabla daha uzun sürdüyü də bildirilir. Tədqiqatda 1154 pişik və onların sahibləri iştirak edib.
Bundan əlavə, alimlər müəyyən ediblər ki, ev heyvanları oyun qaydalarını, eləcə də kiminlə oynayacaqlarını özləri seçirlər. Formanın fikrincə, pişiklərin insanların maraqlarını nəzərə almadan öz istəklərinin arxasınca getməsi fikri doğru sayıla bilər.
Baytar, felinoloq və heyvan psixoloqu Ancelina Sirotina Milad ağacını ev pişiklərinin hücumlarından necə qorumaq lazım olduğunu izah edib. Pişiyin Milad ağacına tullanmaması üçün mütəxəssis onu heyvanın xoşlamadığı qoxularla çiləməməyi tövsiyə edib. Bundan başqa, onun sözlərinə görə, ağac möhkəmləndirilməli, şüşə toplar plastik toplarla əvəzlənməlidir.
Yeganə