İranın daxili işlər naziri İskəndər Mömüni iyulun 20-də – bazar ertəsi günü birgünlük rəsmi səfərlə Pakistanın paytaxtına gələcək.
Elchi.az xəbər verir ki, bu barədə “The Nation” qəzeti yazıb.
Xəbərdə qeyd olunur ki, Mömüni regiondakı dəyişən vəziyyət və İranla ABŞ arasında davam edən münaqişə ilə bağlı İran Prezidenti Məsud Pezeşkianın vacib mesajını çatdıracaq, həmçinin Tehranın regional proseslərlə bağlı İslamabadla sıx məsləhətləşmələr apardığını vurğulayacaq.
Nəşrin mənbələrinə əsasən, İran naziri nümayəndə heyəti səviyyəsində danışıqlar aparacaq və ölkənin ali rəhbərliyi ilə görüşəcək.
Bundan əvvəl ABŞ İrana qarşı yeni zərbələr dalğasına başlayıb. Bildirilir ki, Amerika hücumlarının əsas məqsədi İslam Respublikasının Hörmüz boğazındakı hücumlarda istifadə olunan hərbi imkanlarını zəiflətməkdir.
Yeganə




















