Rusiya prezidentinin sözçüsü Dmitri Peksov jurnalistlərə açıqlamasında bildirib ki, Kiyev rejiminin uğuru yoxdur və çox çətin vəziyyətdədirlər.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
“Aydındır ki, əks-hücum planlaşdırıldığı kimi getmir, NATO ölkələrinin çoxmilyardlıq resursları əslində səmərəsiz xərclənir. Bütün bunlar isə Qərb paytaxtlarında suallara və Qərb vergi ödəyiciləri arasında böyük narahatlığa səbəb olur”,-deyə Peskov qeyd edib.
Onun fikrincə, cəbhədəki vəziyyəti dəyişmək imkanı olmayan Kiyev mülki və sosial hədəflərə terror hücumları taktikasından istifadə edərək çarəsizlik aktlarına əl atır: “Bu, iyrəncdir”.
Peskov vurğulayıb ki, bütün bunlara cavab olaraq, mülki infrastrukturun mühafizəsini təşkil etmək üçün bütün mümkün tədbirlər görülür. Bu, təkcə Moskvaya deyil, digər bölgələrə də aiddir.
Prezidentin mətbuat katibi Müdafiə Nazirliyinə və xüsusi xidmət orqanlarına bunların nə cür tədbirlər olduğu, həmçinin şənbədən bazara keçən gecə Moskvaya hücum etməyə cəhd edən pilotsuz təyyarələrin növü və yerlə bağlı suallar ünvanlayıb.
Peskov həmçinin deyib ki, tez-tez baş verən pilotsuz təyyarə hücumları səbəbindən Moskva və Moskvada müəyyən edilmiş təhlükə səviyyəsini dəyişdirmək planı yoxdur.
Yeganə