Rusiya lideri xarici həmkarları ilə təmaslara açıqdır.
Elchi.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Almaniya kansleri Olaf Şolzun Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarını davam etdirmək niyyəti ilə bağlı bəyanatını şərh edib.
RİA Novosti-nin məlumatına görə, Rusiya liderinin mətbuat katibi bildirib ki, hazırda Şolzla danışıqlar Putinin qrafikində deyil, lakin dövlət başçısı xarici həmkarları ilə təmaslara açıq qalır.
“Hələlik qrafikdə razılaşdırılmış danışıqlar yoxdur”, – Peskov qeyd edib: “Putin təmaslar üçün açıq olub və qalır”.
Şayəstə