Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsində davam edən müharibədə Rusiya ordusuna qarşı daha effektiv mübarizə aparmaq üçün uzaqmənzilli raketlərə ehtiyac var.
Elchi.az xəbər verir ki, Zelenski “Telegram” hesabında paylaşdığı videoda Rusiya-Ukrayna müharibəsi kontekstində baş verən son hadisələri dəyərləndirib.
Yanvarın 28-də səhər saatlarında Rusiya qüvvələrinin Donetsk vilayətinin Konstantinivka şəhərinə raket zərbələri endirdiyini qeyd edən Zelenski hücum nəticəsində 3 mülki vətəndaşın həlak olduğunu, 14 nəfərin yaralandığını açıqlayıb.
“Bizə daha çox silah lazımdır”
Zelenski hücumda mülki əhalinin yaşadığı evlərin hədəf alındığını və hücumu Rusiya qüvvələrinin S-300 raketləri ilə həyata keçirdiyini bildirib.
Bənzər hücumların qarşısını almaq və Rusiya ordusunun hücum imkanlarını məhdudlaşdırmaq üçün daha çox silaha ehtiyacları olduğunu qeyd edən Zelenski Ukraynanın xüsusilə uzaq mənzilli raketlərə ehtiyacı olduğunu deyib.
Yeganə