“Əsasən Ukrayna böhranına səbəb olan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirib ki, Kiyevin Krıma da hücum etmək hüququ var”.
Elchi.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva. Kreml. Putin” verilişində söyləyib.
“Xanım Nuland Amerika siyasətinin ən aqressiv şahinlərinin çox böyük düşərgəsinə aiddir. Bəli, bu, bizim üçün çox yaxşı məlum olan nöqteyi-nəzərdəndir. Bu, bizim fərqliliklərimizin dərinliyini bir daha vurğulayır”.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Nulandın mövqeyi barədə danışıb. O, bildirib ki, bu cür çağırışlar yalnız ABŞ-ın Ukrayna münaqişəsində iştirakını göstərir.
Yeganə