İsrail Müdafiə Qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna endirdiyi hava zərbəsi beynəlxalq hüququn pozulması və təcavüz aktıdır.
Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz nəticə çıxarmağa tələsməzdik, lakin istənilən halda belə zərbələrin keçirilməsi beynəlxalq hüququn bütün əsaslarının pozulması və təcavüz aktıdır”, – deyə Kreml nümayəndəsi bildirib.
Bundan əvvəl Rusiyanın Tehrandakı səfirliyi bəyan edib ki, İsrailin Suriyadakı İran konsulluğuna hücumu bütün Yaxın Şərq regionunda eskalasiya təhlükəsi yaradır. Rusiya Xarici İşlər Nazirliyi də hadisəni pisləyib və dünya ictimaiyyətindən İsrail tərəfinin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edib.
Havar Şəfiyeva