Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsveçin Şimali Atlantika Alyansına qoşulmasından sonra keçirilən ictimai rəy sorğularının nəticələrini şərh edərkən, isveçlilərin “NATO-ya qarışmaq” istəmədiyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə o, “Telegram” -da yazıb.
“Göteborgs-Posten” qəzetinin dərc etdiyi sorğuya görə, beş isveçlidən üçü isveçli əsgərlərin döyüş və ya NATO təlimlərində iştirak etmək üçün göndərilməsinə qarşı çıxıb. Bu məlumatlara əsaslanaraq, Zaxarova ölkə hökumətini vətəndaşların fikirlərini nəzərə almaq istəmədiyinə görə tənqid edib.
Havar Şəfiyeva