Peskov Si Cinpinin martın 21-də Rusiyaya səfəri ilə bağlı mediada yayılan xəbərləri təkzib edib.
Elchi.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çin lideri Si Cinpinin Rusiyaya səfəri ilə bağlı xəbərləri şərh edib. Peskov bildirib ki, hazırda Çin rəhbərinin Moskvaya səfəri barədə məlumatı yoxdur. O əlavə edib ki, xarici qonaqların bütün səfərləri vaxtında elan edilir.
Bu barədə Çin liderinin planları ilə tanış olan mənbələrə istinadən “The Wall Street Journal” nəşri yazıb.
Həmçinin daha əvvəl Rusiya prezidenti Vladimir Putin Moskvanın yaxın vaxtlarda Si Cinpinin səfərini gözlədiyi barədə məlumatı təsdiqləyib.
Xatırladaq ki, Wall Street Journal bundan əvvəl Si Cinpinin Rusiyadakı uzunmüddətli payını artırdığını və Rusiya Federasiyası ilə daha sıx iqtisadi əlaqələr qurmaq niyyətində olduğunu yazmışdı.
Şayəstə