Peskov ABŞ-ın Kremlə pilotsuz təyyarə hücumlarında iştirakını inkar etmək cəhdlərini gülünc adlandırıb.
Elchi.az xəbər verir ki, Ukraynanın dronların Kremlə hücumunun arxasında Vaşinqton dayanır, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov cümə axşamı, mayın 4-də keçirdiyi brifinq zamanı deyib və ABŞ-ın bu hücumlarda iştirakını “inkar etmək” cəhdlərini gülünc adlandırıb.
“Həm Kiyevdə, həm də Vaşinqtonda bunu inkar etmək cəhdləri, əlbəttə ki, tamamilə gülüncdür. Biz yaxşı bilirik ki, bu cür hərəkətlər və bu cür hücumlarla bağlı qərarlar Kiyevdə deyil, Vaşinqtonda verilir”, – Kremlin sözçüsü Ukraynanın artıq sadəcə olaraq “dediklərini” etdiyini bildirib.
Şayəstə Hüseynova