Nazirlər Kabineti “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib.
Elchi.az xəbər verir ki, bu barədə qərar Baş nazir Novruz Məmmədovtərəfindən imzalanıb.
Dəyişikliyə görə, təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər.
Bundan əlavə, peşə təhsili müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunacaq.
Bundan əvvəl ölkədə sanator tipli məktəbəqədər təhsil müəssisələrinin yaradılacağı məlumat verilib.
Temperatur 8 dərəcə düşəcək – Xəbərdarlıq
Növbəti 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Bu barədə Elchi.az-a Milli...