ABŞ müdafiə naziri Lloyd Ostin deyib ki, Tayvan boğazındakı münaqişə baş verərsə, əsl fəlakət olacaq.
Elchi.az xəbər verir ki, Pentaqonun rəhbəri vurğulayıb ki, Birləşmiş Ştatlar Tayvan boğazında sülh və sabitliyin qorunmasına sadiqdir.
Ostin qeyd edib ki, regionda sülhün və sabitliyin qorunmasına sadiq olan ölkələrin sayı “artmaqda davam edir”.
Vurğulanıb ki, Ukraynadan fərqli olaraq Tayvanın suverenliyinə və müstəqilliyinə qəsd olacağı təqdirdə Vaşinqtondan açıq-aşkar hərbi yardım təminatları olması vəziyyəti mürəkkəbləşdirir.
Nuranə Məmmədova