Pentaqonun sözçüsü Patrik Rayder brifinqdə jurnalistlərə verdiyi açıqlamada yaxın günlərdə və həftələrdə Amerikanın “Abrams” tanklarının Ukraynaya gələcəyini qeyd edib.
Elchi.az bu barədə TASS.ru-ya istinadən xəbər verir.
Bununla belə, o, qeyd edib ki, əməliyyat təhlükəsizliyi səbəbindən onların dəqiq nə vaxt və hara gələcəkləri barədə ətraflı məlumat verə bilməz.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukraynaya “Abrams” tanklarından ibarət batalyon dəstini, yəni 31 ədəd təhvil verəcəyini vəd edib və bu tədarüklər cədvəl üzrə aparılır.
Yeganə